Ceyran
Ceyran şeiri Səməd Vurğun Yerdən ayağını quş kimi üzüb, Yay kimi dartılıb,ox kimi süzüb, Yenə öz sürüsünü nizamla düzüb, Baş alıb gedirsən haraya, ceyran? Əzəldən meylini salıb çöllərə, Bəxtini tapşırdın bizim ellərə. O qara gözlərin düşdü dillərə, Dişlərin oxşayır mərcana, ceyran! Bir məsəl qalmışdır ata-babadan: "Uçarda turacdır, qaçarda ceyran". Bir mən deyiləm ki hüsnünə heyran, Şöhrətin yayılıb hər yana, ceyran! Sükuta qərq olmuşürəyimlə mən, Keçirəm yenə də Muğam çolündən, Yanında balası,yağış gölündən, Əyilib su içir bir ana ceyran....... Elə ki son bahar min büsat qurur, Kolları,kosları yıxıb uçurur, Sıxlaşıb bir yerdə baş başa durur, Düşəndə çovğuna, borana ceyran. On addım kənarda yatmayır təkə, Gəzinir,oylağa baş çəkə-çəkə. Gələn qaraltıdır,yoxsa təhlükə? Bir özünə baxır, bir ona ceyran. Ovçu insaf eylə,keçmə bu düzdən O çöllər qızını ayırma bizdən, Qoyma ağrı keçə ürəyimizdən, Qıyma öz qanına boyana ceyran, Nə gözəl yarayır Muğama ceyran!....
- Chapter
- 0
- reads
- 0
- Likes
- 0
- Rating
- —
Chapters
Similar works
NovelYeni Ailem
Obcera
4.7Voting17.7KViews
NovelGecenin Esintisi
Defne
4.6Voting5,176Views
NovelFISILDAYAN YAZI
Şeyma
3.9Voting3,496Views
NovelMürdüm
Zehra
5.0Voting3,407Views
NovelDüzeni Bozuk Evren
sevde yavuz
4.1Voting2,947Views
NovelBenim Dünyam
Emine♡
4.8Voting2,303Views
NovelBir Deli Gökyüzü
Mehir P.
4.2Voting2,042Views
NovelUYKUSUNU ARAYAN ÇOCUK
Hüseyin köse
3.7Voting1,698Views
NovelSen yoksun..
Edanur
4.4Voting1,341Views
NovelAnlamlı Sözler
☆İremBeril☆
4.8Voting1,140Views
NovelGri
Zehra
1,025Views
Novelİhanet
Soykan
4.4Voting1,014Views

