Skip to content
Kami

Keçmişin küləyi

Sema

NovelContinuesAction

"Zamanla xəzan gələr və baharın bütün gözəlliklərini öz küləyinə qatıb götürər... Əgər sən icazə versən." ​Gözləri tanış olan o yad qadına həm kim olduğunu demək istəyən, həm də keçmişin kölgəsindən dəlicəsinə qorxan "Xəzan"ın hekayəsini bəzən gülümsəyərək, amma əksər hallarda böyük bir narahatlıqla oxuyacaqsınız. ​Günahı böyük olmasa da, çiyinlərində ağır bir yük daşıyan Xəzan, Baharın gəlişiylə həyatında qapadığı səhifələri yenidən aralamaq məcburiyyətində qalır. Uşaqlıq illərindən gələn bu sima ona həm o dövrün gözəlliyini, həm də qaranlığını xatırladır. Zamanla yolları tamamilə ayrılmış və özləri də dəyişmişdilər... ​Biri saf sevgisini, digəri isə kinini bəsləyib böyütmüşdü. Zamanın belə acımasızca axıb getdiyi bu dünyada, yadlaşmış iki insan yenidən həmin o saf uşaqlar ola biləcəklərmi?

Chapter
1
reads
0
Likes
0
Rating
—
Rate

Similar works